Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Azərbaycanda prezident İlham Əliyevi dəstəkləyən ultrasağ təşkilat yarandı
Azərbaycanda prezident İlham Əliyevi dəstəkləyən ultrasağ təşkilat yarandı23-05-2014, 16:26 |
|
DİA.AZ: - Azərbaycanda yeni ultrasağ təşkilatı yaradılıb. Bu barədə DİA.AZ-ın elektron ünvanına göndərilən müraciətdən anlaşılır. Müraciət müəllifləri bildirirlər ki, bir qrup millətçi son zamanlar Azərbaycanla bağlı yaranmış durumu təhlil edərək Azərbaycan Nasional Sosial Partiyasının yaranması barədə qərar qəbul edib. Müraciət müəlliflərinin diaaz.space-a yolladıqları mətndə deyilir: В«Bu gün Azərbaycana qarşı ciddi basqılar var. İşğal altında olan torpaqlarımız uğrunda Azərbaycan dövlətinə ciddi XALQ DƏSTƏYİ - MİLLİ DƏSTƏK lazımdır ki, biz də Azərbaycanın türk millətçiləri olaraq təşkilatlanma, dövlətimizin yanında dayanma qərarı vermişikВ». Müraciət müəllifləri yaxın günlərdə ictimaiyyətə öz fikir və ideyalarını tam olaraq elan edəcəklərini və həm də özləri haqqında məlumat verəcəklərini bildirirlər: В«Bu gün Azərbaycanı etnik, dini separatizm zəminində bölmək istəyirlər. Biz bu ölkənin sahibləri imkan verməyəcəik ki, kimlərsə çirkin niyyətlərini həyata keçirsinlər. Neçə müddətdir izləyirik. Prezident İlham Əliyev hələ 2004-cü ildə Türkiyədə - Antalya şəhərində aldığı Beynəlxalq Boz Qurd Mükafatını layiqli şəkildə təmsil edir. Biz cənab prezidentin Azərbaycan türkünün düşmənlərinə qarşı layiqli mövqeyini dəstəkləyirik və Azərbaycanda bölücülük niyyəti olan bütün dairələri, bütün şəxsləri xəbərdar edirik: UZUN ƏLLƏRİNİZ KƏSİLƏCƏKВ». Onu da bildirək ki, hələlik bəyanat müəllifləri kimliklərini açıqlamasalar da, özləri barədə yaxın günlərdə geniş məlumatları paylaşacaqlarını bildiriblər. Geri qayıt |