Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > 4 rayonun icra hakimiyyəti başçısı vətəndaş şikayətləri üzrə В«rekord qırıbВ»lar

4 rayonun icra hakimiyyəti başçısı vətəndaş şikayətləri üzrə В«rekord qırıbВ»lar


23-05-2014, 15:36
4 rayonun icra hakimiyyəti başçısı vətəndaş şikayətləri üzrə В«rekord qırıbВ»lar
DİA.AZ: - İcra başçılarından bəziləri ilə bağlı Prezident Administrasiyasında müzakirələr başlayıb. Bu barədə DİA.AZ-a hökumətdəki informasiya qaynaqları xəbər ötürüb.

Məlumatı verən mənbə idda edir ki, Lerik, Şəmkir, Ağsu və Ağcabədinin icra hakimiyyəti başçıları ilə bağlı çox ciddi problemlər yaranıb. Belə ki, həmin icra başçıları keçən ay üzərə vətəndaş şikayətləri səbəbindən В«rekord qırıblarВ».

Mənbə söyləyir ki, PA-ya və digər dövlət qurumlarına edilən şikayətlərə görə, Lerikin icra başçısı В«birinci yerə çıxıbВ»: В«Təbii ki, bu da müvafiq dövlət qurumlarının nəzərini cəlb edib. Əgər vətəndaş şikayətləri çoxdursa, deməli, tədbir görülməlidirВ».

diaaz.space-a daxil olan məlumatlara görə, gələn həftə həmin 4 rayonun icra başçıları ilə bağlı qərar verilə bilər: В«Onlardan kiminə xəbərdarlıq ediləcək, kimi də yola salınacaq. Bu həftənin son günü məsələlər aydınlaşacaqВ».

Geri qayıt