Əsas Səhifə > Güney Press / Ana xəbər > Baş redaktor prezident İlham Əliyevə müraciət etdi

Baş redaktor prezident İlham Əliyevə müraciət etdi


23-05-2014, 15:09
Baş redaktor prezident İlham Əliyevə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Çox hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra Fond) bu günlərdə 22 iyul Milli Mətbuatın yaranmasının 139 illik günü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsini elan etmişdir (Fondun rəsmi saytından götürülmüş elanın mətni təqdim olunur). Elanın В«Müsabiqəyə təqdim olunan yazılara aid tələblərВ» bölümünün 4-cü (В«Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmirВ») hissəsində yazılır:
В«4.1.a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)В».
Çox Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəbul etdiyi belə bir qərarın bütövlükdə jurnalistikamızın gələcək fəaliyyətinə, KİV-lərin peşə müstəqilliyinə ciddi problemlər yaratdığını nəzərə alaraq, rəhbərlik etdiyim qəzetin nümunəsində bildirirəm ki, 21 ildir ki, müntəzəm nəşr edilən, Azərbaycanın müstəqillik dövrünün yetirməsi olan və əməkdaşlarının demək olar hamısı məcburi köçkün olan В«TəzadlarВ» qəzeti 2009-cu ildə ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacir olan və barəsində Azərb. Res. CM-nin 4 maddəsi ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş E.Abdullayevin əsassız şikayəti əsasında Mətbuat Şurasının В«xəbərdarlığınıВ» almışdı. Lakin sonradan məhkəmə qərarı ilə bu şikayətin əsassız olduğu təsdiqini tapmışdır (məhkəmə qərarı təqdim olunur).
Bundan bir müddət sonra isə Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıçın adi bir müraciəti əsasında qəzet MŞ-ın В«qara siyahısıВ»na salınmışdı. Halbuki səfirin baş müşaviri MŞ-nin həmin tələm-tələsik qərarından bir gün sonra şəxsən məni qəbul etmişdir və bildirmişdi ki, səfirliyin MŞ-a müraciətində məqsəd yazıdakı anlaşılmazlığa aydınlıq gətirilməsi idi, qəzetin hansısa formada cəzalandırılması yox.
Hörmətli cənab Prezident!
Həmin dövrdə В«KİV haqqındaВ» mövcud qanunvericiliyin bütün şərtlərinə zidd olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ictimai təşkilat olan və Nizamnaməsinə görə qərarları tövsiyyə xarakteri daşıyan MŞ-ın bu qərarı əsasında В«TəzadlarВ» qəzetini dövlət büdcəsindən ayrılan (hansı ki, həmin büdcənin formalaşmasında bu qəzetin özünün və əməkdaşlarının 21 illik vergi öhdəlikləri vardır) maliyyə yardımlarından məhrum etmişdir. 5 ildir ki, bu qərar heç bir hüquqi çərçivəyə sığmayaraq davam etməkdədir. Bildirirəm ki, biz pozulmuş hüquqlarımızın bərpası üçün ötən dövrdə 3 məhkəmə instansiyasından keçmişik. Bütün məhkəmə instansiyalarının qərarlarında birmənalı olaraq qeyd olunur ki, В«Mətbuat Şurası ictimai təşkilat olduğundan onun qəbul etdiyi qərarların heç bir hüquqi əsası yoxdur!В» (Məhkəmə qərarları təqdim olunur).
Nəhayət, uzun fasilədən sonra Mətbuat Şurası bu ilin aprel ayında (dövlət yardımlarından 5 il mərhum edildikdən sonra. Halbuki Mətbuat Şurasının Əsasnaməsində qeyd olunur ki, adı В«qara siyahıВ»da olan KİV-in barəsində hər hansı şikayət olmazsa, adı В«qara siyahıВ»dan 1 il sonra avtomatik olaraq çıxarılır, daha doğrusu, iqtisadi və mənəvi sanksiyalardan azad edilir) rəhbəri olduğum qəzetin adını həmin siyahıdan çıxarmaq barədə qərar qəbul etdi. Lakin çox təəssüflər olsun ki, KİV-ə Dəstək Fondu yarandığı gündən ictimai təşkilat olan MŞ-ın tövsiyyə xarakterli bu qərarını KİV-lərə qarşı sanksiya və cəza mexanizmi kimi istifadə etməkdədir. Belə ki, Fond indiyədək həyata keçirdiyi bütün layihələrdə belə bir şərti özünün fəaliyyətinin əsas kredosu kimi qəbul edir: В«MŞ-nin В«qara siyahıВ»sında olan KİV-lər bu layihələrdə iştirak edə bilməz!В».
Niyə? Axı, cənab Prezident, Siz KİVDF-nin fəaliyyəti barədə fərman verərkən KİV fəaliyyəti haqqında bütün beynəlxalq qanunları və standartları üstün tutaraq Azərbaycanda KİV-lərin və ya jurnalistlərin peşə fəaliyyətinə maliyyə stimulu verilməsini nəzərə almışdınız və həmin sərəncamın təfsir hitssəsində birbaşa qeyd olunur ki, bu Fond KİV-in müstəqil fəaliyyətinə maliyyə dəstəyi yaradılması üçün təsis olunur.
В«TəzadlarВ» qəzeti 5 ildir ki, Fondun heç bir hüquqi əsası olmayan məlum şərti əsasında bütün qanuni hüquqlarından məhrum edilməklə, qəzetin jurnalist kollektivi heç bir qanuni əsas və səbəb olmadan iqtisadi sanksiyalarla üz-üzədir, KİV hüquqlarından istifadə edə bilmir.
Bəs KİVDF bu qərarını qəbul edərkən hansı qanunvericilik bazasına istinad etmişdir? Təkrar edirəm, axı Mətbuat Şurası ictimai təşkilatdır və onun qəbul etdiyi qərarın heç bir hüquqi əsası ola bilməz. Xüsusən də Milli Məclisin qəbul etdiyi və Prezident fərmanı ilə fəaliyyətinə start verilmiş dövlət qurumu olan KİVDF üçün!!!
Cənab Prezident!
Nəzərinizə çatdırıram ki, В«KİV haqqındaВ» Azərbaycan Respublikasının mövcud qanununun 59-cu maddəsində deyilir ki, (В«Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyətВ») В«Kütləvi informasiya vasitələrinin, jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: senzura tətbiq etmək, peşə müstəqilliyini pozmaq, habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilərВ».
Həmçinin qanunun 9-cu maddəsində yazılır: В«Maddə 9. Antiinhisar tədbirlər
Dövlət kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinə təminat verir, kütləvi informasiya vasitələri məhsullarının istehsalı və yayımı sahəsində inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısını almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görürВ» və sair.
Belə olduğu halda, adi bir ictimai təşkilat olan MŞ-ın qəbul etdiyi tövsiyyə xarakterli qərarını əsas tutaraq KİV-in, yaxud jurnalistin qanunvericilikdə nəzərdə tutulan bütün hüquq və azadlıqlarını, o cümlədən istənilən layihələrdə iştğirak etmək, maddi şəraitini yaxşılaşdırmaq, intellektual məhsulu olan yazısının KİV-də dərc etdirmək, sosial-iqtisadi şəraitini yaxşılaşdırmaq və s. kimi Konstitusion hüquqlarını əlindən almaq, bu hüquqlardan məhrum etmək nə dərəcədə ədalətlidir?
Diqqətinizə onu da çatdırırıq ki, hətta Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza törətmiş məhkum belə 15 ildən sonra azadlığa çıxır, lakin onun nəinki məhkumluğu dövründə, həmçinin azadlığa çıxandan sonrakı dövrdə belə heç bir Konstitusion hüquqları məhdudlaşdırılmır, yaxud ondan məhrum edilmir. Bəs necə olur ki, dövlət qurumu olan KİVDF ictimai təşkilat olan MŞ-ın В«qara siyahıВ»sından çıxandan sonra KİV-i və onun jurnalist kollektivini bir il, yaxud 6 ay sonrakı müddətlərdə bütün Konstitusion hüquqlarından məhrum edir???
Fondun KİV-lər qarşısında qoyduğu başqa bir şərti isə ondan ibarətdir ki, MŞ-ın xəbərdarlığını almış KİV və onun jurnalistləri 6 ay ərzində Fondun heç bir layihəsində iştirak edə bilməz! Bəs görəsən dövlət qurumu olan Fond KİV-in və ya jurnalistlərin bütün azadlığını və peşə müstəqilliyini əlindən alan, ona iqtisadi senzura və sanksiya tətbiq edən bu qərarını hansı hüquqi aktla əsaslandırıb? Mətbuat Şurası Azərbaycan Konstitusiya Məhkəməsidirmi ki, onun xəbərdarlığı, yaxud hansısa bir qərarı dövlət qurumu olan Fond üçün icrası məcburi ola???
Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Siz Azərbaycan Respublikasının Prezidenti kimi demək olar bütün müşavirələrdə fəaliyyətində ciddi nöqsanlara yol verən bəzi məmurları haqlı olaraq sərt tənqid edir, onlara xəbərdarlıq, yaxud son xəbərdarlıqlar edirsiniz. Sual olunur: məgər cənab Prezidentin məlum sərt xəbərdarlıqlarından sonra həmin məmurlar hansısa Konstitusion hüquqlarından, yaxud dövlətin onlara verdiyi imtiyazlardan hansısa müddətlərdə məhrum edilirlər? Nəzərə alaq ki, söhbət ölkə Prezidentinin sərt, özü də sonuncu xəbərdarlığından və məhz dövlət başçısının В«qara siyahıВ»sına düşən məmurlardan gedir.
Necə ola bilər ki, Prezidentin xəbərdarlığı hansısa məmurlara işində ciddi dönüş yaratmaq, bu xəbərdarlıqdan nəticə çıxarmaq kimi tərbiyəvi xarakter daşıyır, amma ictimai təşkilat olan MŞ-ın subyektiv düşüncə məhsulu olan adi bir xəbərdarlığı isə Fondun əlində KİV-ləri bütün Konstitusion hüquqlarından məhrum etmək üçün bir cəza mexanizminə çevrilir???
Başqa bir müqayisə: Azərbaycan Məhkəmə Hüquq Şurası hakimlərə (Dövlət Yol Polisi isə sürücülərə) müntəzəm olaraq xəbərdarlıq verir. Məgər həmin xəbərdarlığı almış hakim hanısısa hüquqlarından və ya imtiyazlarından məhrum edilirmi? Halbuki Məhkəmə Hüquq Şurası Dövlət qurumudur, ictimai təşkilat deyil!!!
Hörmətli cənab Prezident!
Yüzlərlə belə misallar çəkmək olar. Lakin sübuta ehtiyac yoxdur ki, Azərbaycan Prezidenti kimi Siz həmişə KİV sahəsində imzaladığınız bütün sərəncamlarınızla istəyirsiniz ki, ölkədə jurnalist peşəkarlığının artırılması, jurnalistlərin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, həmçinin KİV-lərin və ya jurnalistlərin peşə müstəqilliyi, ifadə azadlığı və fəaliyyəti üçün münbit şərait təmin olunsun. Bu gün Azərbaycanda araşdırma və ya tənqidi jurnalistikanın olmamasının əsas səbəbi məhz hanısasa KİV-də dərc olunan tənqidi yazıya görə MŞ-a müraciət etmiş bir məmurun və ya vəzifəli şəxsin subyektiv iddiasından sonra xəbərdarlıq almaq və ya adının В«qara siyahıyaВ» düşmək qorxusudur. Çünki sonradan o, Fondun layihələrindən məhrum edilə bilər. Özü də təkcə həmin məqalənin müəllifi olan jurnalist deyil, kollektivin bütün üzvləri, bütövlükdə KİV-in özü. Niyə hansısa KİV və ya jurnalistin barəsində çıxarılmış məhkəmə qərarı bu qədər sərt və amansız olmur, jurnalistin Konstitusion hüquqlarını əlindən almır, amma ictimai təşkilat olan MŞ-ın adi bir xəbərdarlığı KİV-in və ya jurnalistin uzun illər ərzində formalaşmış bütün fəaliyyətinin məhvinə gətirib çıxarır? Bu qorxu hissi isə son nəticədə senzuraçılığın mövcudluğuna əsas ola bilər. Halbuki Azərbaycan mətbuatı üzərində mövcud olmuş həmin senzura görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi əsasında çoxdan ləğv olunub!
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 3 aprel tarixli, 75 saylı Fərmanı ilə Fondun Nizamnamə və bunun əsasında Əsasnaməsi təsdiqlənmişdir. Həmin Nizamnamənin 1.3. bəndində yazılır: В«Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və bu Nizamnaməni rəhbər tuturВ».
Nizamnamənin 2.1. bəndində deyilir: В«Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdirВ».
Sual olunur: öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutmalı olan Fond nədən ictimai təşkilat olan Mətbuat Şurasının hansısa tövsiyyə xarakterli qərar və ya xəbərdarlığını özünün fəaliyyət kredosu seçmişdir və bununla da ölkəmizdə KİV-lərin və ya jurnalistlərin peşə fəaliyyətinə, iqtisadi-sosial hüquqlarına, digər Konstituson hüquqlarına qənim kəsilmişdir?
Hörmətli Cənab Prezident!
В«TəzadlarВ» qəzetinin kollektivi adından xahiş edirəm: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun məlum qərarına yenidən baxılması və Fondun Prezident fərmanı ilə təsdiq olunmuş Nizamnaməsində nəzərdə tutulmuş vəzifə və öhdəliklərinin qanuniliyinin icrasının təmin edilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Çünki KİV və ya jurnalist müstəqilliyinə qarşı yönəlmiş məlum qərar Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə daban-dabana ziddiyyət təşkil etməklə, gələcəkdə bu beynəlxalq qurumların sərt tənqidinə səbəb ola, Azərbaycanda isə məhkəmə müstəvisində ciddi hüquqi mübahisələrə yol aça bilər.
Dərin hörmətlə:
В«TəzadlarВ» qəzetinin kollektivi adından:
Asif Mərzili
Bakı şəhəri, 23 may 2014-cü il
Bakı şəhəri
Redaksiyadan: Eyni məzmunlu müraciət dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə də təqdim olunmuşdur.

Geri qayıt