Əsas Səhifə > Güney Press > "Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim"
"Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim"Bu gün, 16:19 |
|
Xəbər vediyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti Balakəndə anti-korrupsiya əməliyyatı keçirib. Əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Balakənin deputatı Nəsib Məhəməliyev Gununsesi.info-ya açıqlamasında bu əməliyyat haqqında danışıb. Deputat bildirib ki, xəbəri mediadan alıb: “Mən də hamı kimi mediadan eşitdim. Əgər DTX rayonda belə bir tədbir keçiribsə, demək ki, ciddi əsaslar olub”. Nəsib Məhəməliyev onu da bildirib ki, rayonda vətəndaş qəbulları zamanı icra başçısından narazılıqlar eşidib: “Bəzən belə şikayətlər alırdım. Mən bunu icra başçısı ilə görüşümdə qaldırırdım. Hətta elə vaxtlar olub ki, fikirlərimi kritik formada çatdırmışam. Hər halda istintaq bütün məsələləri ortaya çıxaracaq”. Geri qayıt |