Əsas Səhifə > Güney Press / Manşet > İcra başçılarının başı dərddə…

İcra başçılarının başı dərddə…


Bu gün, 16:11

Ölkədə icra hakimiyyəti sistemi ləğv olunmalı və yerli özünüidarəetmə modelinə keçilməlidir. Bir neçə ildir ki, icra başçıları ardıcıl olaraq həbs edilir. Lakin bütün bunlara baxmayaraq, bu sahədə müsbət dəyişikliklər müşahidə olunmur.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, ölkədə hərtərəfli islahatlara ehtiyac var və bunun üçün ilk növbədə Konstitusiya dəyişiklikləri həyata keçirilməlidir:

“Rusiyaya bağlı ‘5-ci kolon’un neytrallaşdırılması prosesi aparılır. Bu, ölkədə fundamental islahatlara yol açmalıdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi nizam formalaşdırıb, regionda qlobal təhlükəsizlik və siyasi sabitliyə töhfə verib.
Azərbaycan beynəlxalq arenada mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Rusiya və İranın təzyiqləri böyük ölçüdə neytrallaşdırılıb, xarici siyasətdə isə ölkə uğurlu kurs yürüdür.
Hesab edirəm ki, artıq daxildə sosial və iqtisadi islahatlar həyata keçirilməli, əhalinin rifahı bütün sahələrdə təmin olunmalıdır.”


Geri qayıt