Əsas Səhifə > Güney Press > Bəzi məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq
Bəzi məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıqBu gün, 14:59 |
|
Bu gün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. "DİA-AZ"ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirədə deyib. Eldar Əzizov qeyd edib ki, etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir: "Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq. Qoy hər kəs yaddan çıxarmasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir". İcra başçısı bəyan edib ki, məmurların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət, sədaqətdir və məmurlar bunu unutmamalıdırlar. Merin sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir. Geri qayıt |