Əsas Səhifə > Güney Press / Ana xəbər > “Saatlı Mehmanxana” ASC-nin əsl sahibi kimdir?
“Saatlı Mehmanxana” ASC-nin əsl sahibi kimdir?23-05-2014, 11:57 |
|
Ötən sayımızda Saatlı rayon sakini, özünü “Saatlı Mehmanxana” ASC-nin rəhbəri kimi təqdim edən Malik Süleymanovun Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlı müraciətini dərc etmişdik. M.Süleymanov eyni zamanda “Təzadlar”a video-müsahibə vermişdir. Həmin müsahibə-müraciət qəzetimizin rəsmi internet səhifəsində yerləşdirilmişdir. M.Süleymanov müraciətində Dövlət İqtisad Universitetinin müəllimi, “AzərMülk” MMC-nin direktoru Mübariz Məmmədlini “Saatlı Mehmanxana” ASC-ni saxta sənədlərlə ələ keçirməkdə ittiham edirdi. Müraciətin dərcindən sonra “AzərMülk” MMC-nin rəhbərliyi redaksiyamızla əlaqə saxladı. Sonra MMC-nin səlahiyyətli nümayəndəsi Ramiz Haqverdi redaksiyamızda oldu və qəzeti, həmçinin şikayətçi M.Süleymanovu məhkəməyə verəcəklərini bildirdi... Lakin biz KİV olaraq qarşı tərəfin də mövqeyinə hörmətlə yanaşdığımızı, cavab haqqını tanıdığımızı bildirdik... Qərara gəldik ki, qarşı tərəfin də video müsahibəsini qəzetin rəsmi saytında yerləşdirək, cavabını isə qəzetdə dərc edək. Beləliklə, Ramiz Haqverdi açıqlamasında sözügedən müraciətin əsassız olduğunu bildirdi. R.Haqverdi məsələ ilə bağlı bir qovluq olan rəsmi sənədləri də redaksiyamıza təqdim etdi. Geri qayıt |