Əsas Səhifə > Güney Press > Bakı və İrəvan bunları müzakirə edir

Bakı və İrəvan bunları müzakirə edir


Dünən, 16:22

Ermənistan və Azərbaycan arasında bütün sahələrdə intensiv təmaslar mövcuddur və danışıqların tempi pis deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan deyib.

Onun sözlərinə görə, sərhədlərin demarkasiyası, xarici siyasət və təhlükəsizlik məsələləri müzakirə olunur:

“Nəticələr tədricən ictimaiyyətə açıqlanır, məsələn, Azərbaycanın Ermənistan mallarının daşınmasına qoyulan qadağanı ləğv etməsi kimi. Danışıqların əsas məqsədi sülh müqaviləsinin imzalanması olaraq qalır”.


Geri qayıt