Əsas Səhifə > Güney Press > Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir

Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir


Bu gün, 15:01

İrəvanla Bakı arasında bütün istiqamətlər üzrə intensiv danışıqlar gedir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirinin Aparat rəhbəri Araik Arutyunyan bildirib.

“Məsələn, Mqer Qriqoryan (Baş nazirin müavini) demarkasiya gündəliyi, XİN öz gündəliyi üzərində işləyir, Təhlükəsizlik Şurası, Armen Qriqoryan isə öz həmkarı ilə çalışır”, - o deyib.

Aparat rəhbərinin sözlərinə görə, nəticələr olduqca, bu barədə danışılacaq.

“Ermənistan-Azərbaycan sülh prosesində, münasibətlərdə mövcud olan temp pis deyil. Məsələn, Ermənistan yüklərinin Azərbaycan tərəfindən daşınmasına qoyulan məhdudiyyətin götürülməsi kimi”, - Arutyunyan ikitərəfli təmaslarda həmişə sülh sazişinin imzalanması məsələsinin olduğunu vurğulayıb.


Geri qayıt