Əsas Səhifə > Güney Press > “Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib
“Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş veribDünən, 17:45 |
|
“Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib. "DİA-AZ" bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir. Məluamta görə şirkətin 2023-cü ildə 100 milyon manat nizamə kapitalında 30% pay sahibi olan “Agro Land Development” MMC payı 2024-cü ildə “Klovan” MMC-yə keçib. Digər səhmdar, yəni 70% üzrə sahib olan “Global Agro Industry FZCO”nin payı isə dəyişməz qalıb. Bildirək ki, cəmiyyətin nizamnamə kapitalı 2019-cu ilin Fevral ayında 10 000 000 manatdan 100 000 000 manata yüksəldilmişdir. Cəmiyətin aşağıdakı törəmə müəssisəsi vardır: 1. “SUBİS SUN Beynəlxalq Məktəbi” MMC- Nizamnamə kapitalı 500 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir. 2. “SUBİS SUN Beynəlxalq Uşaq bağçası” MMC-Nizamnamə kapitalı 100 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir 3. 19 Catering MMC-in Nizamnamə kapitalı 50 000 AZN, 100% pay sahibliyi ilə nəzarət edir Geri qayıt |