Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Nəcməddin Sadıkov Zakir Həsənovu necə nəzarəti altına alır?
Nəcməddin Sadıkov Zakir Həsənovu necə nəzarəti altına alır?22-05-2014, 17:13 |
![]() zərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov bu güc strukturundakı bütün əsas mövqeləri ələ keçirib. Hələ üstəlik mövqelərini də gücləndirib. Belə ki, o, özü üçün rəqib saydığı ali rütbəli zabitləri vəzifələrindən uzaqlaşdırdıqdan sonra nazirliyin bir sıra prestijli vəzifələrinə öz kadrlarını yerləşdirib. Bununla bağlı əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Müdafiə Nazirliyində başa çatmış kadr islahatlarında baş qərargah rəisi Nəcməddin Sadıqovun mühüm rolu olub. Verilən xəbərlərə görə, müdafiə naziri dəyişildikdən sonra Nəcməddin Sadıqov fürsətdən istifadə edərək öz məqsədlərini reallaşdıra bilib. Az müddət əvvəl bu güc strukturunda onun əsas rəqiblərindən birinə yaxın şəxslərin "vurulması”, keçmiş müdafiə nazirinin işdən çıxardığı şəxslərin nümayişkəranə şəkildə yüksək postlara təyin edilməsi Nəcməddin Sadıqovun xüsusi ssenarisinin tərkib hissəsidir. Artıq çağırış sistemini nəzarətə götürən Nəcməddin Sadıqov digər məqsədlərini də reallaşdıra bilib. Əvvəllər nazirlikdə o qədər də söz hüququ olmayan baş qərargahın rəisi Nəcməddin Sadıqov sabiq rəqiblərinə ən yaxın adamlarını bir-birinin ardından vəzifədən kənarlaşdırıb. Əslində, onun bu gedişlərinin ölkəmizin müdafiə qüdrətinə, hərbi gücünə də təsirsiz ötüşməyəcəyi bəllidir. Məsələ burasındadır ki, yola salınanlar arasında kifayət qədər peşəkar hərbçilər də mövcuddur. Lakin təəssüf ki, bəziləri belə addımı atanda ağına-bozuna baxmadılar. Nazirlikdən uzaqlaşdırılanlar həmin generalın rəqiblərindən birinə yaxın olduqlarından hamısı ucdantutma işdən çıxarıldı. Ancaq qarşı tərəfin də reaksiyası ortadadır. Məsələ burasındadır ki, həmin dəyişikliklərin orta zabit heyəti ranqına qədər endirilməsi narazılıqlarla qarşılanmaqdadır. Güc strukturunun üst heyətdə dəyişikliklər demək olar ki, yekunlaşmaq üzrədir. Lakin indi də Nəcməddin Sadıqov sabiq rəqiblərinə ən yaxın olan orta ranqlı zabitlər hədəfə alınıb. Bütün bunlar onu göstərir ki, Nəcməddin Sadıqov şəxsi ambisiyalarını həyata keçirir. Əldə etdiyimiz xəbərlərə görə, bu gün faktiki olaraq Nəcməddin Sadıqovun iradəsindən asılı vəziyyətə düşən bəzi zabitlər artıq çıxılmaz durumla üzləşiblər. Bütün bunlar bir yana, əldə etdiyimiz digər xəbərlərə görə, Nəcməddin Sadıqov öz istəklərini reallaşdırmaq üçün ən müxtəlif vasitələrə əl atır. Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavininin - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin rəhbərliyi ilə baş qərargahın zabitlərindən ibarət qrupun cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdə olması barədə xəbər yayıldı. Mətbuata verilən məlumata görə, səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığının, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılması idi. Amma bununla bağlı xəbərin əsl təfərrüatlarını əldə etdikdə səfərin mahiyyətinin fərqli olduğu üzə çıxdı. Məlum oldu ki, Nəcməddin Sadıqovun cəbhə bölgəsində yerləşən hərbi hissələri yoxlamaqda məqsədi onun söz eşitməyən bəzi zabitlərin işini yoxlamaq, hər hansı nöqsanlar aşkar edildikdə cəzalandırmaq imiş. Lakin o, bununla bağlı məqsədlərinə nail ola bilmədi. \\ gundelik bakı \\ Geri qayıt |