Əsas Səhifə > Güney Press > Emin Ağalarov “Uni Pak” şirkətindəki payını satdı
Emin Ağalarov “Uni Pak” şirkətindəki payını satdıBu gün, 13:02 |
Tanınmış iş adamı Emin Ağalarov və onun tərəfdaşları “Uni Pak” adlı alkoqolsuz içkilər istehsal edən şirkətdən çıxıblar. "Unikal" xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat dərc edib. Bildirilir ki, 13 oktyabrdan etibarən şirkətin yeganə sahibi iş adamı Yeqor Kulikov olub. Ağalarov nümayəndəsi vasitəsilə bildirib ki, bu sövdələşmə üzrə danışıqlar uzun müddət davam edib və artıq yekunlaşıb. Onun sözlərinə görə, “Uni Pak” biznesi onun üçün əsas fəaliyyət sahəsinə daxil olmadığından, satış qərarını çoxdan verib. Ekspertlər şirkətin 100 faizlik payını 500–700 milyon rubl arasında qiymətləndirirlər. Qeyd edək ki, "Uni Pak" hazırda alüminium bankalarda qazlı və alkoqolsuz içkilərin istehsalını həyata keçirən müqaviləli istehsal sahəsi kimi fəaliyyət göstərir. Geri qayıt |