Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > "Avto Kredit" şirkəti qadını aldadaraq pullarını mənimsədi

"Avto Kredit" şirkəti qadını aldadaraq pullarını mənimsədi


Bu gün, 12:46

Zərərçəkmiş qadın iddia edir ki, şirkət əməkdaşları onu 7 min manatdan çox aldadıb, pulunu geri istədikdə isə təhdid və əxlaqsız təkliflərlə üzləşib
“Azərbaycan Reallığı”na müraciət edən Türkan Cəfərova bildirib ki, “Avto Kredit” adlı şirkət lizinq adı ilə ona lombard avtomobil satıb. Onun sözlərinə görə, sürücülük vəsiqəsi olmadığı halda bu əməliyyat həyata keçirilib və nəticədə 7 min manatdan artıq pulu mənimsənilib.
Türkan Cəfərovanın iddiasına görə, pulu geri almağa çalışarkən şirkətin bəzi əməkdaşları “kömək etmək” adı ilə ona bir gecəlik əxlaqsız təkliflər irəli sürüblər. Zərərçəkmiş qadın həmin təklifi rədd etdikdən sonra 10 yaşlı qızı ilə təhdid edildiyini deyib.
“Camal müəllim mənə özünü kredit şöbəsinin əməkdaşı kimi təqdim etmişdi. Mənə ödənişlə bağlı heç bir rəsmi sənəd verilmədi. Lakin bütün ödənişlər kamera qarşısında aparılıb. Sübut kimi həm video, həm də telefon danışıqları və yazışmalar mövcuddur. Hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənə kömək etsinlər,” - deyə Türkan Cəfərova bildirib.
Qadın qeyd edib ki, aldadıldığını başa düşdükdə şirkətin rəsmi işçiləri kimi təqdim olunan Camal və Məhəmməd adlı şəxslərə müraciət edib, lakin nəticə ala bilməyib.
Qeyd edək ki, “Azərbaycan Reallığı” yazıda və təqdim edilən səs yazısında adı çəkilən şəxslərin mövqeyini öyrənməyə çalışır. Türkan Cəfərova həmçinin şirkətin “rəsmi işçisi” kimi təqdim olunan Elşən adlı şəxslə səs yazısını da redaksiyamıza təqdim edib.

Geri qayıt