Əsas Səhifə > Güney Press > “Natiq Nuriyevin günahı yoxdur”
“Natiq Nuriyevin günahı yoxdur”Bu gün, 12:22 |
Xəbər verdiyimiz kimi, ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib və 50 min təzminat istəyib. Axşam.az-ın əldə etdiyi məlumata görə məhkəmə prosesi yekunlaşıb. N.Nuriyev məhkəmədə qalib gəlib. V.Muradov ona 5500 manat təzminat ödəyib. V.Muradov məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, musiqiçi haqda dediklərində yanılıb: “Yalnış anlamışam. Məhkəmə prosesində Natiq Nuriyev danışdı, Elçin Cəlilovu narkotikə qurşandırmadığını dedi. O da dedi ki, burada mənim günahım yoxdur. Mən də doğrunu bildim, fikirlərimi təkzib edirəm. Natiq Nuriyevin sözlərinə inandım. Elçin Cəlilovun narkotikə qurşanmasında Elçin Cəlilovun heç bir günahı yoxdu”. Qeyd edək ki, Vüqar "Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim" açıqlamasını vermişdi. O, daha sonra açıqlamaısnda həmin şəxsin N.Nuriyev olduğunu deyib. Musiqiçi müğənnini məhkəməyə verərək, ondan 50 min təzminat istəyib. Geri qayıt |