Əsas Səhifə > Güney Press > Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat – GÖZLƏNİLMƏZ AD
Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat – GÖZLƏNİLMƏZ ADBu gün, 11:52 |
Azərbaycan siyasətinin son illərdəki ən səs-küylü hadisələrindən biri Ramiz Mehdiyevlə bağlı cinayət işidir. Cinayət işi onun onilliklər boyu qurduğu şəbəkələrin hüquqi qiymətləndirilməsi baxımından dönüş nöqtəsi sayıla bilər. İndi cəmiyyət üçün onun kimlərlə daha yaxın olması maraqlı görünür. Bu məqamda ortaya yeni bir ad da çıxıb. O, 2013–2019-cu illərdə kənd təsərrüfatı naziri, 2019-dan sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub. 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 51 saylı Şirvan dairəsindən Milli Məclisin VII çağırış deputatı seçilib. Verilən məlumatlarda Əsədovun karyerasının Mehdiyevə bağlı olduğu iddia edilir. Mətbuatda illərdir onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla qohumluğu yer alıb. Ziya Məmmədovun isə Ramiz Mehdiyevlə əlaqələri artıq kimsəyə sirr deyil. Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevin AMEA prezidenti olduğu zaman elə akademiyada ən yüksək vəzifə alması bunun göstəricisidir. Məlumatlarda qeyd edilir ki, Əsədov Mehdiyevin ən yaxın adamlarındandır, deputatlığı Mehdiyev zamanına düşməsə də, bu, Əsədovu Mehdiyev adamı olmaqdan xilas etmir... Yayılan məlumatlarla bağlı Heydər Əsədovun özü ilə əlaqə saxlamağa cəhd etdik. İlk zəngimizdə telefonu açan Əsədov guya səsimizi eşitməyərək "alo, alo" deyib söndürdü. Növbəti zənglərimizdə isə telefon qapadıldı... Geri qayıt |