Əsas Səhifə > Güney Press > Təbrizdə illik kitab sərgisi yenə də ləğv edildi
Təbrizdə illik kitab sərgisi yenə də ləğv edildiBu gün, 11:10 |
Uzun illərdir hər il Təbrizdə keçirilən ənənəvi kitab sərgisi üçüncü dəfə ləğv edilib. Kult.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Ölkənin şimal-qərb bölgəsinin ən əhəmiyyətli mədəni tədbirlərindən hesab edilən sərginin ləğvinin səbəbləri ilə bağlı açıqlama verilməyib. Nə Mədəniyyət Nazirliyi, nə də yerli əlaqədar dövlət qurumları məsələyə aydınlıq gətirirlər. Qeyd edək ki, Təbrizin illik kitab sərgisinin 4 il fasilədən sonra 2023-cü ildə yenidən keçirilməsinə səy göstərilsə da, naşirlərə qarşı tətbiq olunan məhdudiyyətlər buna mane olub. Yeni qaydalara görə, nəşriyyatların 5 adda kitabdan artıq kitabla sərgidə iştirak edə, özlərinə məxsus ayrıca bölmələrdə təmsil oluna bilməyəcəkləri elan edildkdən sonra azərbaycanlı naşirlər sərgidə iştirak etməkdən imtina ediblər. Geri qayıt |