Əsas Səhifə > Güney Press > “İrəvanda gəzintiyə çıxdıq, münasibət tam normal idi”
“İrəvanda gəzintiyə çıxdıq, münasibət tam normal idi”Bu gün, 10:34 |
“İrəvanda gəzintiyə çıxdıq, münasibət tam normal idi”. Bunu “Yeni Sabah”a açıqlamasında 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın paytaxtı İrəvana səfəri və orada keçirdikləri görüşlər barədə danışarkən deyib. O, bu görüşü müsbət qiymətləndirib: Toyuqlu pizza “Səfər yaxşı təşkil olunmuşdu, təhlükəsizlik yüksək səviyyədə idi. Təşəbbüs hər iki ölkənin ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə həyata keçirilib və davamlı olacaq”. K.Məmmadova görüşdə müzakirə olunan məsələlərə də toxunub: “Səfər çərçivəsində biz həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdük. Görüşdə hər iki cəmiyyəti narahat edən məsələlər, etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş addımlar müzakirə olundu”. Müsahibimiz İrəvanda onlara göstərilən münasibəti belə şərh edib: “Küçəyə, şəhərdə gəzintiyə belə çıxdıq, həmçinin mədəni proqram da nəzərdə tutulmuşdu. Münasibət tam normal idi”. Qeyd edək ki, 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə ikitərəfli dəyirmi masa təşkil olunub. Bu dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Geri qayıt |