Əsas Səhifə > Güney Press > "Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!"
"Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!"Bu gün, 10:05 |
"Faktor Lizinq" şirkəti ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət daxil olub. "DİA-AZ" xəbər verir ki, bir qrup vətəndaş adıçəkilən şirkətdən narazılığını bildirib. Onların sözlərinə görə, şirkətin meneceri Ehtiram Əliyev vətəndaşların evini əllərindən alıb. "Onlar mənə 30 min dollara qrafik açdılar. 1 il 7 ay qrafik üzrə ödəniş etdim. Sonra məni məhkəməyə verdilər. Bizim iştirakımız olmadan qızımın əşyalı evini darmadağın etdilər. Bu gün də həmin əşyaların harada olduğunu bilmirəm. Mənə "kimə istəyirsən de. Səni də, övladlarını da, kürəkənini də məhv edəcəyəm" dedi", - şikayətçi Sevda İsgəndərova söyləyib. Digər bir şikayətçi - Kamran Hüseynov isə belə deyib: "2021-ci ilə qədər məhkəmə prosesi getdi. Yekunda Yeni Günəşlidə olan 160-170 min manat dəyərindəki dördotaqlı evimi və 15 min dollarımı əlimdən aldı". Ehtiram Əliyev isə sadalanan iddiaların əsassız olduğunu bildirib: "Biz haqqımız olanı almışıq. Sevda İsgəndərovaya tərəfimizdən 10 il əvvəl vəsait ayrılıb. Onun evi təxminən borclu olduğu məbləğə satılıb. Mənə hər şeyi rüşvətlə aldığımı dedi. Ona cavab olaraq "bəli, siz elə bilin ki, mən bütün məhkəmələrə rüşvət vermişəm" dedim". Geri qayıt |