Əsas Səhifə > Güney Press > Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb
Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıbDünən, 18:01 |
Rusiya müharibədə 1 milyon 300 min itki verib. APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İsveçə səfəri çərçivəsində bu ölkənin Baş naziri Ulf Kristersonla birgə mətbuat konfransındakı çıxışında deyib. “Rusiya ABŞ və Avropada propoqanda aparır və elə təəssürat yaratmağa çağlışır ki, guya müharibəni udur. Bu həqiqət deyil. Onların bir milyondan çox- 1 milyon 300 min itkisi var. Onların iqtisadiyyatı da zəifləyir. Rusiya Ukraynaya maliyyə dəstəyini azaltmaq üçün ABŞ və Avropanı bölmək istəyir. Avropada bəzi ölkələrə nəzər saldıqda Rusiyanın buna nail olduğunu görmək olar. Amma, güclü ölkələr hələ də birlikdədir”,- Zelenski bildirib. O, İsveçdən alınacaq qırıcı təyyarələr mövzusuna da toxunub və bu qırıcıların növbəti il Ukrayna ordusunun istifadəsinə veriləcəyini bəyan edib. Geri qayıt |