Əsas Səhifə > Güney Press > "1 xal "Qarabağ" üçün qələbəyə bərabər olacaq"

"1 xal "Qarabağ" üçün qələbəyə bərabər olacaq"


Dünən, 16:46

"Atletik"lə səfərdə keçirilən oyunda iştirak edə bilməmişdim, amma Bakıdakı oyunda start heyətdə idim".

Bunu "Teleqraf"a açıqlamasında U-21 Azərbaycan milli komandasının sabiq futbolçusu Mirhüseyn Seyidov "Qarabağ"ın bu gün UEFA Çempionlar Liqasının III turunda İspaniyada "Atletik Bilbao" ilə keçirəcəyi oyun barədə danışarkən deyib.

2015-ci ildə "İnter"in (indiki "Şamaxı") heyətində "Atletik"ə qarşı ev oyununda iştirak etmiş keçmiş yarımmüdafiəçi "Qarabağ"ı çətin matçın gözləyəcəyini bildirib: "Həmin dövrdəki "Atletik" daha güclü heyətə malik idi. Hazırda onlar stabil çıxış etməsələr də, rəqibdən asılı olmayaraq ev oyunlarında maksimum nəticə qazanmağa çalışırlar. Uilyams qardaşları da daxil, digər oyunçular ən maksimal nəticə üçün oynayacaqlar. "Qarabağ" ilk iki oyunun hər ikisində qələbə qazansa da, bir az real olmaq lazımdır. Bu gün qazanılacaq 1 xal Ağdam klubu üçün qələbəyə bərabər olacaq. Marko Yankoviçin olmaması "Qarabağ" üçün ciddi itki sayılmamalıdır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha çox sistem komandasıdır. Onun sistemində əsas rolu fərdlər oynamır".

Qeyd edək ki, "San Mames" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.


Geri qayıt