Əsas Səhifə > Güney Press > Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır

Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır


Dünən, 16:41

Ermənistan Respublikası və ABŞ TRIPP layihəsinin və Vaşinqtonda əldə olunmuş digər razılaşmaların həyata keçirilməsi üzərində çalışırlar.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V “İpək Yolu” forumunda çıxışı zamanı bildirib.

Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə toxunan baş nazir Paşinyan, 8 avqustda ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmalara istinad edib.

“Ermənistan Respublikası ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə, ‘Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu’ (TRIPP) layihəsinin Ermənistan ərazisində həyata keçirilməsi çərçivəsinin müəyyən edilməsi istiqamətində çalışacaq. Biz bu məqsədə mümkün qədər tez çatmaq üçün səmimi şəkildə bütün zəruri addımları atmaq əzmimizi bir daha təsdiqləyirik”, – Baş nazir bəyan edib.

O, həmçinin təsdiqləyib ki, hazırda İrəvan və Vaşinqton əldə olunmuş razılaşmaların icrası istiqamətində ciddi səylər göstərir.


Geri qayıt