Əsas Səhifə > Güney Press > Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb?

Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb?


Dünən, 16:23

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan xarici ölkələrdən 29 min 594 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacaqları) idxal edib.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 686 dollar və ya 1 litri 98 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, dizel yanacağı Azərbaycana əsasən iki ölkədən – Rusiya və Türkmənistandan idxal edilib. Türkmənistandan 13 min 664 ton, Rusiyadan isə 15 min 875 ton dizel yanacağı gətirilib. Türkmənistandan idxal olunan dizel yanacağının 1 litri 77 qəpik, Rusiyadan idxal olunan dizelin 1 litri isə 1,16 manat olub.
Onu da qeyd edək ki, eyni dövrdə Azərbaycandan xarici ölkələrə 347 min 32 ton dizel yanacağı ixrac edilib. İxrac olunan dizelin 1 tonunun orta gömrük dəyəri 513 dollar və ya 1 litri 73 qəpik təşkil edib.
Azərbaycan dizel yanacağını aşağıdakı ölkələrə satıb:
Gürcüstan – 69 352 ton (1 litri 88 qəpik);
Türkiyə – 84 933 ton (1 litri 58 qəpik);
İtaliya – 13 860 ton (1 litri 37 qəpik);
Əfqanıstan – 65 821 ton (1 litri 88 qəpik);
Rumıniya – 30 132 ton (1 litri 80 qəpik);
Cəbəllütariq – 30 085 ton (1 litri 86 qəpik);
Malta – 20 071 ton (1 litri 74 qəpik);
Bolqarıstan – 11 431 ton (1 litri 84 qəpik);
Ukrayna – 16 769 ton (1 litri 82 qəpik);
Liviya – 1 361 ton (1 litri 61 qəpik);
Birləşmiş Ərəb Əmirlikləri – 3 034 ton (1 litri 83 qəpik);
Özbəkistan – 183 ton (1 litri 92 qəpik).


Geri qayıt