Əsas Səhifə > Güney Press / Ana xəbər > “Lənkəran Konserv Zavodu” MMC-də YENİ RƏHBƏRLİK
“Lənkəran Konserv Zavodu” MMC-də YENİ RƏHBƏRLİKBu gün, 09:43 |
“Lənkəran Konserv Zavodu” MMC-yə yeni direktor təyin edilib. Banker.az xəbər verir ki, Nağıyev Ziya Hüseyn oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Camalov Ramin Calal oğlunu əvəz edib. Camalov R.C. şirkət yarandğı 2010-cu ildən ona rəhbərlik edirdi. Nağıyev Z.H. isə uzun illər qida sektorunda çalışıb. Belə ki, o “Baglan Group”, “AS Group Investment”, “Ağcəbədi Süd Zavodu” və “AzProtein Food Group” kimi şirkətlərdə çalşıb. Xatırladaq ki, 2010-ci ildən şirkət “Gilan Lənkəran Konserv Zavodu” MMC kimi dövlət qeydiyyatında idi və 2022-ci ildən rebrendinq edib və hazırkı adı götürüb. 2022-ci ilə qədər 1100 manat kapitalı olan şirkətin sonradan nizamnamə kapitalı 17.4 milyon manata qaldırılmışdı. Zavod 2 hektarlıq ərazidə yerləşir. Zavod İtaliyanın “Padovan” şirkətinin texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti malikdir. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir. Geri qayıt |