Əsas Səhifə > Güney Press > Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi,
Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi,Dünən, 13:31 |
Sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Rəsmi məlumata görə, şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub. Digər proseslərə görə, ittiham aktı yarımçıq qalıb. Növbəti məhkəmə prosesi oktyabrın 27-nə təyin edilib. Qeyd edək ki, cinayət işi üzrə təqsirli bilinən 12 nəfər - Elçin Quliyev, Orxan Məmmədov, Nurlan Hüseynov, Elvin Balakişiyev, Taleh Ələkbərov, Hüseyn Quliyev, Nurlan Məmmədov, Zeynal Abbaslı, Royal Hüseynov, Səid Balakışıyev, Pərvan Məmmədov və Pəsi Yusubov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar. Geri qayıt |