Əsas Səhifə > Güney Press > Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq

Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq


Bu gün, 13:13

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən elan edilmiş tender yekunlaşıb.

"DİA-AZ" xəbər verir ki, tender Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) üzrə elan edilmişdi.

Tenderi “Pro Construction Company” MMC qazanıb. Qalib şirkətə 9 681 787 AZN ödəniş ediləcək.

Xatırladaq ki, adı çəkilən şirkət daha bir tibbi qurumun tenderində də qalib seçilmişdi. Həmin tender isə Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cari təmir işlərinin satın alınması ilə bağlı olub. Bu tender 31 iyul 2025-ci il tarixində keçirilmiş və layihənin dəyəri 206 053 AZN olmuşdur.

Qeyd edək ki, “Pro Construction Company” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 010 AZN-dir. Şirkətin qanuni təmsilçisi Elnur Məhrəmov Elşad oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 45, m.75-dir.


Geri qayıt