Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Beko» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət
«Beko» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət22-05-2014, 14:59 |
![]() DİA.AZ: - «Məlum olduğu kimi, Türkiyənin məşhur «Beko» ticarət markası bu gün işğal altında olan Azərbaycan torpaqlarında - gözümüz Xankəndində reklam olunur. Bu fakt isə Türkiyə şirkətinin Azərbaycan dövlətinə sayğısızlığından başqa bir şey deyil». Bu sözlər DİA.AZ-a müraciət yollayan Millətçi Gənclər Hərəkatının başqanı Elnur Ataturanın bəyanatında yer alıb. Bəyanat müəllimi bildirir ki, Azərbaycan dövləti rəsmi şəkildə «Beko» markalı mallardan imtina etməlidir: «Bu şirkət bilməlidir ki, Azərbaycan dövləti üçün Qarabağ hansı məqamdadır və biz Türkiyənin milli dövlət maraqlarını qoruduğumuz kimi, qardaş dediyimiz Türkiyə də bizim milli haqqlarımıza sayğı ilə yanaşmalıdır. ![]() Əgər bu gün «Beko» üçün bir ovuc separatçı biznes marağı baxımından əhəmiyyətlidirsə, Azərbaycan hakimiyyəti həmin şirkətə Azərbaycan dövlətinin gücünü göstərməlidir. Biz gənc millətçilər olaraq prezident İlham Əliyevə müraciət edirik: Cənab prezident! Hər zaman millətimiz və dövlətimiz adına yanınızda olmağa, bir əsgər kimi başımızı bu torpaq uğrunda qoymağa hazırıq. Və inanırıq ki, Azərbaycan türkünün Qarabağ haqqına təcavüz edən hər kəs - kimliyindən asılı olmayaraq layiqli cavabını alacaq. Biz prezidentimizdən xahiş edirik ki, Azərbaycanda «Beko» markalı məhsulların satışına qadağa qoyulsun». Geri qayıt |