Əsas Səhifə > Güney Press > Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olunduDünən, 11:20 |
Ermənistan Respublikasının Baş Prokurorluğu keçmiş deputat Manvel Qriqoryanın varisləri və onunla əlaqəli şəxslərdən 1,2 milyard dramdan artıq dəyərdə əmlak və pul vəsaitinin müsadirə ediləcəyini açıqlayıb. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, 2022-ci il iyunun 28-də Baş Prokurorluq keçmiş deputatın ailə üzvləri və yaxınları barəsində qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı məhkəməyə müraciət edib. 2025-ci il oktyabrın 10-da isə Ermənistanın Antikorrupsiya Məhkəməsi prokurorluğun iddiasını qismən təmin edib. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra Manvel Qriqoryanın varislərindən və onunla əlaqəli şəxslərdən dövlət xeyrinə aşağıdakı aktivlər müsadirə olunacaq: ▪️Armavir vilayətinin Vaqarşapat icmasında, Maştots küçəsində yerləşən torpaq sahəsi; Ermənistan Baş Prokurorluğu iddianın təmin olunmayan hissəsi ilə bağlı apeliyasiya şikayəti verəcək. Geri qayıt |