Əsas Səhifə > Güney Press / Partiya > Yazıçı ilə siyasətçi söz savaşına çıxdı
Yazıçı ilə siyasətçi söz savaşına çıxdıBu gün, 09:31 |
Yazıçı Kəramət Böyükçöl və REAL Partiyasının keçmiş sədri İlqar Məmmədovun sosial şəbəkədə mübahisəsi böyüməkdədir. Tribunainfo.az xəbər verir ki, mübasihə Yazıçı Kəramət Böyükçölün Facebook səhifəsində yazdığı üç cümləlik statusla başlayıb. Yazıçı yazıb: “O gün Elmlərdə İlqar Məmmədovla qarşılaşdım. Soruşur ki, ta məndən niyə yazmırsan? Dedim, mən ölünün dalınca danışmıram”. İlqar Məmmədovun Kəramətə cavabı gecikməyib. O, Kəraməti hakimiyyətin sifarişli layihəsi adlandırıb: “Basqıçı YAP hakimiyyəti şəhərin gur yerində Kəraməti qoyub sərgiləyirsə, demək bu, mədəniyyətlə heç bir əlaqəsi olmayan siyasi öhdəlikli layihədir. Sosial şəbəkədə böyüyən mübahisəyə sabiq deputat Etibar Əliyev də münasibət bildirib. O qeyd edib ki, “Primitiv düşüncədir. Əslində Kəramətin avtobusu dönərxanaların, su və siqaret satılan köşklərin arasında və azca kənarında Elmlər Akademiyası üçün oazisdir. Kəramət səhərdən axşama kimi bu motorsuz avtobusu vasitəsilə kitabı təbliğ edir. Kitabla bağlı vəziyyət o həddə gəlib çatıb ki, artıq küçə Bukinistləri fəaliyyət göstərir. Yazıçı Kəramət isə balaca avtobusu ilə kitabı yağışdan və küləkdən qoruyur. Hakimiyyət Kəramətə motorlu avtobus versəydi, inanın ki, o, Azərbaycanın rayonları və kəndlərində də kitabı təbliğ edərdi. Böyük məmnuniyyətlə mən də ona qoşulardım. İlqar Məmmədovun Kəramətin bu nəcib işinə qara yaxması kitaba olan münasibətidir. Bu perspektivsiz siyasətçi ilin-günün bu vaxtında hələ anlamır ki, kitabdan böyük gəlir əldə etmək mümkün deyil, çünki qiymətlər kitabın arxasında yazılır. Geri qayıt |