Əsas Səhifə > Güney Press > Bu MKTB-lərin 16,1 milyon manat borcu var
Bu MKTB-lərin 16,1 milyon manat borcu varDünən, 18:08 |
İcra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrtüfatı Birliklərinin ümumilikdə 16 179 622,72 manat vergi borcu var.
Qaynarinfo xəbər verir ki, ən çox vergi borcu olan MKTB-lər aşağıdakılardır:
1. Binəqədi rayon MKTB - 5 100 607,77 manat
2. Suraxanı rayon MKTB - 2 708 054,94 manat
3. Nərimanov rayon MKTB - 2 272 956,45 manat
4 Nəsimi rayon MKTB - 2 105 740,21 manat
5. Yasamal rayon MKTB - 1 947 967,74 manat
6. Səbail rayon MKTB - 1 358 998,87 manat
7. Sabunçu rayon MKTB - 539 428,51 manat
Adıçəkilən MKTB-lərin vergi borcu aylardır ki, sabitdir. Yəni, nə artır, nə də azalır. Bu da borcların dövrü borc olmadığı qənaətini yaradır.
Yaxın vaxtlarda bu MKTB-lər məhkəməyə verilə və onların rəislərinə "stop” qoyula bilər.
Binəqədi rayon MKTB-nin rəisi Elmin Zamanov, Suraxanı rayon MKTB-nin rəisi Mais Məmmədov, Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov, Nəsimi rayon MKTB-nin rəisi Nizami Mayılov, Yasamal rayon MKTB-nin rəisi Vüsal Hüseynov, Səbail rayon MKTB-nin rəisi Elçin Həsənov, Sabunçu rayon MKTB-nin rəisi isə Rəcəb Məmmədovdur.
Geri qayıt |