Əsas Səhifə > Güney Press > Görüşlər və "danışıqlar"
Görüşlər və "danışıqlar"Dünən, 17:38 |
|
“ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra verdiyi açıqlama onun məqsədinin cəbhə xəttində müharibəni dayandırmaq olduğunu göstərir. Əsas sual isə Rusiya diktatoru Vladimir Putinin bu barədə nə deyəcəyidir”. Bu sözləri ukraynalı politoloq Vadim Denisenko Rusiya-Ukrayna müharibəsini sülh yolu ilə həll etməyə cəhdlər göstərdiyini deyən ABŞ liderinin təşəbbüsləri barədə yazdığı analitik məqalədə qeyd edib. Analitik qeyd edib ki, Rusiya mediası Trampın cəbhə xəttləri ilə bağlı açıqlamasına tamamilə məhəl qoymadı: “Rus mediasında belə yekdillik ancaq Kremlin birbaşa göstərişi ilə mümkündür. Axı belə hallarda Kremlin iki taktikası var. Birincisi, Kreml öz şərhini təklif edir. Mediaya xoşagəlməz hekayəni ideyaların və fərziyyələrin sərbəst axınında boğmağa imkan verir və sonra ən populyar üç-dörd ideyanı seçir və hər kəsi özbaşına spekulyasiya etmək üçün buraxır. İkincisi, Kreml sadəcə səssizliyi işə salır. Trampın bəyanatından sonra hələ də susqunluq hökm sürür. Səbəbinin nə olduğunu söyləmək çətindir. Bu, həm bu düsturla razılaşmağa hazırlaşmaq, həm də eyni zamanda, Budapeştdə görüşə “yox” deməyə hazırlaşmaq demək ola bilər”.
Politoloq bildirib ki, Budapeşt danışıqları uğursuz olarsa, Tramp Ukrayna məsələsindən imtina edə bilməyəcək: “ABŞ seçkilərinin məntiqi onu ən azı silah satışı məsələsində Ukraynanın tərəfində olmağa məcbur edəcək”. AYNA.az Geri qayıt |