Əsas Səhifə > Güney Press > Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü?
Putin Şaraa ilə niyə “yaşıl otaq”da görüşdü?Bu gün, 16:18 |
Globalinfo.az türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstaninin yazısını təqdim edir: Moskvada açıq və simvolik Suriya mesajları 8 dekabr 2024-cü ildə Rusiyanın dəstəklədiyi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildi və onun yerinə İŞİD-in keçmiş lideri və beynəlxalq səviyyədə terrorçu kimi tanınan, kod adı Əbu Məhəmməd Əl Colani olan və Bəşər Əsəd dövründə xarici işlər naziri vəzifəsində çalışmış Faruk Əl Şaraanın qohumu Əhməd Əl Şaraa təyin edildi. Bu dəyişiklik gözlənilməz olsa da, Suriyadan kənar beynəlxalq razılaşmanın və 14 illik vətəndaş müharibəsinin nəticəsi hesab olunur. Bəşər Əsədin İran və Rusiya ilə münasibətlərini sərt şəkildə tənqid edən radikal müxalifətçi Əhməd Əl Şaraa ötən həftə Rusiyaya səfər edərək tərəfdarlarının tənqidinə tuş gəlib. Buna cavab olaraq Şaraa “Bəşər Əsədin təhvil verilməsini təmin etmək üçün danışacağıq” deyərək tərəfdarlarını sakitləşdirməyə çalışıb. Əsl həqiqət isə Moskva səfərinin təfərrüatları açıqlanandan sonra üzə çıxdı. Şaraa hökuməti Əsədin dövründə Rusiya ilə bağlanmış müqavilələrin etibarlılığının qorunmasını Moskvadan xahiş etmək üçün getmişdi və bu məsələlər əsas müzakirə mövzusu oldu. Üstəlik, rəsmi danışıqlarda Bəşər Əsədin ekstradisiyası məsələsi müzakirə olunmayıb. Yeni Dəməşq administrasiyası Rusiya ilə keçmiş müdafiə sazişlərini davam etdirməklə yanaşı, yenilərini imzalamağı təklif edib. Moskva isə bu istəklərə demək olar ki, müsbət cavab verdi. Rusiya nümayəndə heyəti və Putin Suriyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Suriya xalqının yanında olacaqlarını bildirsələr də, Rusiyanın Aralıq dənizi və Yaxın Şərqdəki varlığında Suriyadakı bazalarının mühüm rol oynadığı məlumdur. Şaraanın kameralar önündə keçmişdən gələcəyə yönələn istəkləri və Rusiyanın bunlara müsbət cavab verməsi ilə yanaşı, görüş Rusiyanın simvolik mənfi mesajları ilə də yadda qalıb. Şaraanı Moskva hava limanında Moskva merinin müavini qarşılayıb. Misirin devrilmiş prezidenti Məhəmməd Mursi də buna bənzər şəkildə qarşılanmışdı. Əhməd Şaraa görüşün keçiriləcəyi binada lift olmasına baxmayaraq, üçüncü mərtəbəyə pilləkənlərlə qalxmağa məcbur olub və kameralar önündə bundan şikayətlənib. Şaraa ilə görüş Kremldə “yaşıl otaq” olaraq tanınan zalda baş tutub və bu zal adətən ikinci dərəcəli diplomatik danışıqlar üçün istifadə edilir… Suriyanın xarici işlər naziri Şeybani Rusiyanın bu cür mənfi münasibət bəsləməsinə baxmayaraq, “Rusiya ilə tarixi əlaqələrimiz var və bu bir həqiqətdir. Köhnə rejimin mövqeyi bu əlaqələri ictimaiyyətin gözündən salmışdır. Ancaq bu əlaqələr vacibdir” ifadəsi ilə Rusiya ilə yaxşı münasibətlər qurmaq əzmini nümayiş etdirdi. Bu qətiyyət ondan irəli gəlir ki, yeni Suriya administrasiyası Qərb, ABŞ və ərəb ölkələrindən müsbət cümlələr eşitsə də, Suriyaya fayda verəcək heç bir əməli addım atmayıblar. Türkiyə yeni administrasiyanı dəstəkləsə də, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmadığı üçün bu dəstək mənasızlaşır. Yəni Suriyanın yeni administrasiyası məcburiyyətdən də olsa, Rusiya ilə yaxşı münasibətlər qurmağa ümid edir, lakin Rusiyanın mənfi münasibətini nəzərə alsaq, Rusiya-Suriya danışıqlarının Suriya nümayəndə heyəti üçün yaxşı keçmədiyini görürük. Suriya nümayəndə heyəti, keçmişdə Moskva görüşlərindən qısa müddət sonra devrilən liderlər kimi qarşılandı. Rusiyanın bu münasibətini nəzərə alsaq, son illər qonşu ölkələrdə baş verə biləcək çevriliş və ya çevriliş cəhdləri barədə hökumətləri məlumatlandıran Rusiya, hərbi bazasının olduğu Suriyada belə bir cəhd baş verərsə, mövcud administrasiyaya məlumat verəcəkmi? Və yaxud Rusiyanın sadəlövh imic yaratmağa çalışsa da, illərdir hücumlar təşkil etdiyi və terrorçu olaraq tanıdığı şəxslərin Suriya hökumətində qalmasına imkan verəcəkmi? Bu sualların cavabları hazırda məlum deyil, lakin hərəkət və davranışlarla bağlı hər kəsin öz cavabı olacaq. Təəssüf ki, Suriya sabitlikdən çox qeyri-sabitliyin davam etdiyi və bu qeyri-sabitliyin dərinləşə bildiyi bir region olaraq qalmağa davam edəcək… Geri qayıt |