Əsas Səhifə > Güney Press > Bu şirkət yenidən nazirliyin 10 milyonluq
Bu şirkət yenidən nazirliyin 10 milyonluqBu gün, 15:36 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Element YT” QSC olub. Şirkət yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərini həyata keçirəcək. Müqavilənin ümumi dəyəri 10 165 227 AZN təşkil edir.Xatırladaq ki, “Element YT” MMC bu qurum tərəfindən keçən il də eyni tipli tenderdə qalib olub və həmin müqavilənin dəyəri 10 664 973 AZN olub. Qeyd edək ki, “Element YT” MMC 2019-cu ildə təsis olunub, nizamnamə kapitalı 2 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mətləb Paşayev Allahverdi oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 15-dir. Geri qayıt |