Əsas Səhifə > Güney Press > Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb


Bu gün, 15:24

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.

Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt