Əsas Səhifə > Güney Press > Müəllimi döydüyü deyilən direktor nə danışdı…

Müəllimi döydüyü deyilən direktor nə danışdı…


Bu gün, 14:01

Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib.

Belə ki, ibtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətdir təzyiqlərə məruz qaldığını iddia edir. Qalib Xosuyevin sözlərinə görə, son üç ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib.

O bildirib ki, əvvəlcə məktəbəqədər hazırlıq qrupunda bir il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Müəllimin bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib.

O, həmçinin direktor Sahil Ağayevi 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir. Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır. Hazırda məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək. Məsələ ilə bağlı Lerik rayon Züvüc kənd məktəbinin direktoru Sahil Ağayev “Cebheinfo.az”-a bildirib ki, hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır:

“Hamı istəyər ki, uşağına yaxşı, savadlı müəllim dərs desin, yüksək bal toplayan müəllim olsun. Problemimiz budur”.


Geri qayıt