Əsas Səhifə > Güney Press > Paşinyana görə gündəm oldu

Paşinyana görə gündəm oldu


Bu gün, 12:44

Rusiyalı müğənni Zemfira Ermənistanda konsert verməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

“Böyük yerli tədbir şirkəti Ermənistanın Baş naziri Nikol Paşinyanın “P.M.M.L.” adlı mahnısını dinlədiyi viral videodan sonra Zemfiranın konsertini təşkil etmək istəyib. Bundan sonra müğənniyə İrəvandakı şəhər konsertləri və korporativ tədbirlər üçün 250 milyon dollara qədər və potensial olaraq daha çox pul təklif edilib. Lakin o, qəti şəkildə bundan imtina edib. Zemfira Rusiya ordusunu açıq şəkildə tənqid etdikdən və Ukraynanı dəstəklədikdən sonra Ermənistanda həbs olunacağından qorxur”, – deyə bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan özünün Telegram kanalında Zemfiranın “P.M.M.L” mahnısını dinləyərək yazı masasında fikirli halda oturduğunu əks etdirən video yayımlayıb. Baş nazir “Bağışla məni, sevgilim” sözlərini eşidəndə kameraya baxır.


Geri qayıt