Əsas Səhifə > Güney Press > Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...


Bu gün, 12:38

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

 Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.


Geri qayıt