Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputatın yanlış iddiası üzə çıxdı

Deputatın yanlış iddiası üzə çıxdı


Bu gün, 09:45

İki gün öncə Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Haqqında Konstitusiya Aktının qəbulundan 34 il ötdü.
Bununla da Azərbaycan müstəqilliyinin əsas qoyuldu.
Həmin dövrdə bu aktın qəbulu Ali Sovetdə təmsil olunan 43 nəfər istiqlalçı deputatın təşəbbüsü ilə oldu.
Milli Məclisin gənc deputatı Kamal Cəfərov mediaya müsasibəsində 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimizin formal xarakter daşıdığını deyib.
Gununsesi.info bildirir ki, “Fakt Yoxla” bu iddiaya dair araşdırmasını təqdim edir:
Dövlət müstəqilliyinin formal xarakter daşıması o anlama gəlir ki, müəyyən bir ərazidə dövlət elan edilsə də, praktiki olaraq ya mövcud deyil, ya da beynəlxalq müstəvidə tanınmır.
Lakin 1991-ci ilin avqust və oktyabrında qəbul edilən sənədlərlə Azərbaycan rəsmi olaraq müstəqil dövlət elan edilib.
Müstəqilliyin ilk günlərindən etibarən nazirliklər yaradılıb, 1992-ci ildə Azərbaycanda prezident seçkiləri keçirilib, Rusiya ordusu 1993-cü ildə ölkədən çıxarılıb.
Azərbaycan 1991–1992-ci illərdə BMT, ATƏT, İƏT kimi beynəlxalq təşkilatlara üzv qəbul olunub və dövlət müstəqilliyi onlarla ölkə tərəfindən tanınıb.
Bütün bunlar göstərir ki, müstəqillik formal xarakter daşımırdı.
Beləliklə, nəticəyə görə, deputatın iddiası yanlışdır.

Geri qayıt