Əsas Səhifə > Güney Press > Laçında üç KSES-in tikintisinə 53,8 milyon manat xərclənəcək
Laçında üç KSES-in tikintisinə 53,8 milyon manat xərclənəcəkBu gün, 09:38 |
Laçın rayonu ərazisində Qoşasu, Seyidlər və Bülövlü KSES-lərin tikintisi işlərini həyata keçirəcək şirkət məlum olub. Bu barədə İqtisadiyyat.az “Azərenerji”dən məlumat əldə edib. Məlumata görə, KSES-lərin tikintisi işlərinə sərf olunacaq vəsaitin həcmi də açıqlanıb. Belə ki, “Azərenerji” tikinti işlərinin icrasını “Farcon” şirkətinə həvalə edib və onunla nəhəng müqabilə bağlayıb. Müqavilənin maliyyə dəyəri isə nə az, nə çox - düz 53 milyon 808 min manat müəyyənləşib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yeni layihələrin icrasının başa çatması ilə KSES-lərin ümumi sayı 38-ə, gücü 307 MVt-a yüksəldilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istismar edilən KSES-lər hesabına ilin bütün fəsillərində 100 faiz yaşıl enerji ilə təchiz edilir, artıq qalan enerji ölkə enerji sisteminə ötürülür. İcra olunan yaşıl enerji layihələri hesabına 2040-cı ilədək regionda gözlənilən tələbat tam olaraq yaşıl enerji ilə qarşılanacaq. Geri qayıt |