Əsas Səhifə > Güney Press > Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək


Dünən, 18:26

Avropa Birliyi Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.

Axar.az xəbər verir ki, görüşdə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.

Oktyabrın 19-20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.


Geri qayıt