Əsas Səhifə > Güney Press > Vəkil Ramiz Mehdiyevin ailəsinə qoyulan qadağadan DANIŞDI
Vəkil Ramiz Mehdiyevin ailəsinə qoyulan qadağadan DANIŞDIBu gün, 16:34 |
Məlum olduğu kimi, dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu barədə mediada məlumatlar yayılıb. Hüquqi prosedur baxımından ölkədən çıxışına qadağa qoyulmuş şəxsləri hansı mərhələlər gözləyir və barələrində hansı qərarlar qəbul edilə bilər? Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov bildirib ki, Azərbaycanda istintaq orqanları şəxsin ölkədən çıxışına qadağa qoymaq imkanına malikdir: “Qanuna görə, şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmiş kəslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Hazırda kimlərin konkret olaraq məsuliyyətə cəlb olunduğu barədə dəqiq məlumat yoxdur. Amma ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ya artıq məsuliyyətə cəlb ediliblər, ya da bunun üçün əsaslar mövcuddur”. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur. Geri qayıt |