Əsas Səhifə > Güney Press > Rusiya 12 illik məktəb təhsil sisteminə keçə bilər

Rusiya 12 illik məktəb təhsil sisteminə keçə bilər


Bu gün, 07:56

Rusiyada məktəbdə təhsil müddətini indiki 11 ildən 12 ilə qədər artırmaq və uşaqları 6 yaşından məktəbə göndərmək lazımdır.

Teleqraf xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya İctimai Palatasının katib müavini Vladislav Grib deyib.

Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə məktəb təhsili 12 ildir:

"Bizim də bu istiqamətdə addım atmağımızın vaxtı çatıb. Uşaqları məktəbə 6 yaşından göndərmək lazımdır”.

V.Grib qeyd edib ki, bu dəyişikliklər dövrün reallıqları ilə bağlıdır:

“Bu, sadəcə zərurət deyil – bu günün tələbidir. Hər il məktəb proqramı çətinləşir, fənlərin və elmi biliklərin sayı artır. Bir çox ölkədə süni intellekt hətta ibtidai sinifdən öyrədilir. Bütün bu bilikləri 11 ilə sığdırmaq artıq çətindir. Artıq bir çox valideynlər 5-6 yaşlı uşaqları məktəbəqədər hazırlıq qruplarına yazdırırlar. Uşaqlar bağçada və hazırlıq qruplarında müəyyən biliklər əldə edir, amma sistemli təhsil yalnız məktəbdə verilir. 12 illik və 6 yaşdan başlayan məktəb təhsili artıq dünyanın bir çox ölkəsində 20–30 il əvvəl tətbiq olunub”.

Onun fikrincə, bu məsələ növbəti 1–2 il ərzində müzakirə olunmalı və qərar verilməlidir:

“Bu, ümumilikdə məktəb təhsilinin keyfiyyətinə müsbət təsir edəcək. Məktəb təhsili isə universitet və orta ixtisas təhsilinin təməlidir".


Geri qayıt