Əsas Səhifə > Güney Press > MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb
MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıbDünən, 19:44 |
Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Vahid Novruzlunun cəzası 11 ildən 10 il 6 aya endirilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |