Əsas Səhifə > Güney Press > Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunub
Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunubBu gün, 18:35 |
Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib. "DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin; 1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin". Geri qayıt |