Əsas Səhifə > Güney Press > Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək?
Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək?Bu gün, 17:27 |
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında növbəti görüş keçiriləcək. Sözügedən görüş Macarıstanda baş tutacaq. Görüşün Budapeştdə keçirilməsi ilə bağlı razılıq əldə olunub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflərin nə zaman bir araya gələcəyini də açıqlayıb: “Putin və Trampın görüşü iki həftə ərzində və ya bir qədər gec baş tuta bilər. İki ölkə liderlərində görüşü keçirmək üçün iradə var. Əvvəlcə Lavrov və Rubio onun təşkili üzərində işə başlayacaqlar”. Maraqlıdır, Putin-Tramp görüşündən əsas gözləntilər nələrdir? Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Macarıstanda keçiriləcək görüş olduqca vacibdir: “Əslində, Alyaska görüşündən sonra Putin verdiyi sözləri tutmadı. Bu barədə ABŞ rəsmilərinin açıqlamaları var. Yəni Rusiya ilə Ukrayna arasında sülh prosesi başlamadı və dövlət başçıları arasında görüş keçirilmədi. Düşünürəm ki, Putinlə Tramp arasında Budapeştdə keçiriləcək görüş böyük əhəmiyyətə malik olacaq”. Eskpertin sözlərinə görə, Putin görüşə razılıq verməyə məcbur olub: “ABŞ görüşə qədər Ukraynaya “Tomaqavt” raket sistemlərinin verilməsi ilə bağlı qərar qəbul edə bilər. Sözügedən qərarın bu gün Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirələcək görüşdə verilməsi mümkündür. Çünki görüşdə tərəflər əsasən Vaşintqonun Kiyevə verəcəyi hərbi yardımla bağlı müzakirələr aparacaqlar. Yəqin ki, tərəflər Macarıstanda hansısa razılığa gələcəklər. Görünən odur ki, Rusiya ABŞ-nin Ukrayna vermək istədiyi “Tomaqavt” raket sistemlərindən çəkinir. Buna görə də tələsik formada görüşə razılıq verdilər”. Politoloq görüş üçün Budapeştin seçilməsinin səbəblərindən də danışıb: “Görüşün Türkiyədə keçirilmə ehtimalları var idi. Ankara və ya İstanbulun görüşə ev sahibliyi etməsi gündəmdə idi. Lakin Budapeşt variantı seçildi. Nəzərə almaq lazımdır ki, gələn il Macarıstanda parlament seçkiləri keçiriləcək. Böyük ehtimalla, Viktor Orban yenidən Baş nazir seçiləcək. Trampın açıqlamalarından ABŞ-nin Orbanın seçilməsini istədiyini görürük. Ona görə də görüşün Vaşinqtonun istəyi ilə Macarıstana salınıb. Bu o deməkdir ki, Tramp Orbana böyük dəstək verir. Bu səbəbdən də belə mühüm görüş Budapeştə salınıb”. Geri qayıt |