
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən keçirilən tenderin nəticələri bəlli olub.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “İD Keytrinq” MMC seçilib.
Tenderin nəticəsinə əsasən, “İD Keytrinq” MMC Bakı Konqres Mərkəzində təşkil olunacaq Dünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC 2025) ilə bağlı iaşə xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi dəyəri 565 135 AZN təşkil edir.
Qeyd edək ki, “İD Keytrinq” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 500 AZN-dir. Şirkətin qanuni təmsilçisi Seyhun Hacıyev Böyükağa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsi, ev 3, mənzil 13-dür.
Tender çərçivəsində aşağıdakı cədvəldə qeyd edilmiş mal və xidmətlər satın alınacaq:
№
|
Başlıq
|
Açıqlama
|
Miqdar
|
Ölçü vahidi
|
1
|
Təhlükəsizlik, FHN və TƏBİB əməkdaşlarının çay və qəhvə təminatı
|
• Dənəvər qəhvə (adi və kofeinsiz) – 210 ml • Çay paketləri (qara, yaşıl və bitki) – individual, ədəd • Qazsiz su və sərinləşdirici içkilər – 330 ml • Meyvə Şirəsi – 210 ml • Süd – 1.5% və ya 2.2% Şəkər – individual, ədəd
|
4.800
|
nəfər
|
2
|
Qonaqlar üçün nahar yeməyi
|
• Dənəvər qəhvə (adi və kofeinsiz) – 210 ml • Çay paketləri (qara, yaşıl və bitki) – individual, ədəd • Premium qazlı (İstisu, Sirab) və qazsız su (Sirab) – 330 ml • Meyvə şirəsi – 210 ml • Süd – 1.5% və ya 2.2% • Şəkər – individual, ədəd • Çərəzlər – 50 qr • Şirniyyatlar 2 növ – hər biri 30/50 qr Qəlyanaltı 4 növ – hər biri 60/90 qr
|
180
|
nəfər
|
3
|
Qonaqlar üçün Kokteyl Ziyafəti
|
• Qazsiz su və sərinləşdirici içkilər – 330 ml • Meyvə Şirəsi – 210 ml • Yerli ağ və qırmızı şərab • Mini Salat – 2 növ • İsti Qəlyanaltı – 2 növ • Soyuq Kanape – 6 növ Desert – 2 növ,Ziyafət zamanı təqdim olunan menyu axşam tədbirinə uyğun, yüngül və müxtəlif çeşidlərdən ibarət olmalı, qonaqların rahatlığını və yüksək səviyyəli qonaqpərvərliyi təmin etməlidir
|
1.500
|
nəfər
|
4
|
İçməli Su Təminati
|
Dispenser su 19 l (Sİrab və ya ekvivalent),Su dispenserləri xidmət təminatçısı tərəfindən təmin olunmalıdır. Bundan əlavə dispenser suları mütəmadi olaraq yenilənməlidir.
|
1.600
|
ədəd
|
5
|
İclas otaqlarının su təminatı
|
Qazsız su 330 ml (Sirab və ya ekvivalent),İclas otaqlarında su təminatı əvvəlcədən təqdim olunmuş cədvələ əsasən mütəmadi olaraq yenilənməlidir.
|
2.400
|
ədəd
|
6
|
Könüllü və İşçi Heyətinin qidalanması-
|
• Qazsiz su və sərinləşdirici içkilər – 330 ml • Meyvə Şirəsi – 210 ml • Çörək 2 növdə • Salat 2 növdə – hər biri 100 qr • Ana Yemək 2 növdə - hər biri 180 qr • Qarnir 2 növdə – hər biri 100 qr Desert və təzə meyvə hər biri 1 növdə – individual, ədəd ,Hər gün başlanğıc yeməklər menyusunun minimum 75%-i və əsas yeməklər menyusunun isə 100%-i yenisi ilə əvəz olunmalıdır. Menyunun tərkibində milli və beynəlxalq seçimlərlə yanaşı, vegeterian qidalar da mütləq nəzərə alınmalıdır.
|
7.424
|
nəfər
|
7
|
Könüllü və İşçi Heyətinin çay və qəhvə təminatı
|
• Dənəvər qəhvə (adi və kofeinsiz) – 210 ml • Çay paketləri (qara, yaşıl və bitki) – individual, ədəd • Qazsiz su və sərinləşdirici içkilər – 330 ml • Meyvə Şirəsi – 210 ml • Süd – 1.5% və ya 2.2% Şəkər – individual, ədəd
|
7.424
|
nəfər
|
8
|
Təhlükəsizlik, FHN və TƏBİB əməkdaşlarının qidalanması
|
• Qazsiz su və sərinləşdirici içkilər – 330 ml • Meyvə Şirəsi – 210 ml • Çörək 2 növdə • Salat 2 növdə – hər biri 100 qr • Ana Yemək 2 növdə - hər biri 180 qr • Qarnir 2 növdə – hər biri 100 qr Desert və təzə meyvə hər biri 1 növdə – individual, ədəd,Hər gün başlanğıc yeməklər menyusunun minimum 75%-i və əsas yeməklər menyusunun isə 100%-i yenisi ilə əvəz olunmalıdır. Menyunun tərkibində milli və beynəlxalq seçimlərlə yanaşı, vegeterian qidalar da mütləq nəzərə alınmalıdır
|
4.800
|
nəfər
|
9
|
Qonaqlar üçün çay və qəhvə xidməti
|
• Dənəvər qəhvə (adi və kofeinsiz) – 210 ml • Çay paketləri (qara və yaşıl) – individual, ədəd • Qazsız su – 330 ml (Sirab) • Süd – 1.5% və ya 2.2% • Şəkər – individual, ədəd • Şirniyyatl 1 növ – 30/50 qr Qəlyanaltı 2 növ – hər biri 60/90 qr,Bütün qəlyanaltı məhsulları kiçik hissələr şəklində qoyulmalı və mütəmadi olaraq yenilənməlidir. Səhər vaxtı verilən qəlyanaltılar səhər yeməyinə uyğun olmalıdır. Məsələn, Danimarka şirniyyatı, kruasanlar, maffinlər və s. Nahar zamanı və nahardan sonra servis olunacaq qəlyanaltılar kiçik bulkalar, mini sendviç və ya mini burqer, bükmələr və bu kimi bənzər qəlyanaltılardan ibarət olmalıdır
|
4.968
|
nəfər
|
Geri qayıt
|