Əsas Səhifə > Güney Press > Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU

Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU


Bu gün, 17:12

“Ən böyük “Mehdiyev”çilər Abel Məhərrəmov və Elçin Babayevdir. Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da “Hesablama riyaziyyati” kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet- iqamətgah yaradılıb. R. Mehdiyevanın ixtisasca zooloq olan qızı BDU- da 2010 -cu ildən “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiridir. Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Sabiq deputat Etibar Əliyev səsləndirib.

“Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev və qurumun İcraçı direktoru Elçin Babayev olduğu dönəm çox ciddi yoxlanılmalıdır.

Qalina Mehdiyeva qoçaq qadındır. Laborantı və sumka daşıyanı Mehriban İmanovanı E. Babayevdən sonra Elmin İnkişafı Fonduna İcraçı direktor təyin etdirdi”, – deyə Etibar Əliyev vurğulayıb.


Geri qayıt