Əsas Səhifə > Güney Press / Ana xəbər > İdman Akademiyası tələbələrin pulunu mənimsəyir?
İdman Akademiyası tələbələrin pulunu mənimsəyir?17-10-2025, 14:49 |
Bir qrup tələbə redaksiyamıza müraciət edərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqaüd sistemində ədalətsizlik və şəffaflığın pozulduğunu bildiriblər. Tribunainfo.az-a şikayət edən tələbələrin sözlərinə görə, dövlət sifarişi əsasında, yəni ödənişsiz əsaslarla təhsil alan tələbələr semestri kəsirsiz və 71 baldan yuxarı orta göstərici ilə başa vursalar da, onlara təqaüd verilməyib. Halbuki, digər universitetlərdə bu meyar əsasında tələbələr avtomatik olaraq dövlət təqaüdü alırlar. Onların iddialarına görə, son semestrlərdə təqaüd almaq üçün qoyulan bal həddi əsassız şəkildə qaldırılıb, nəticədə bir çox tələbə haqsız yerə təqaüdsüz qalıb. Həmçinin köçürülən təqaüd vəsaitlərinin hara və kimin cibinə axdığı ilə bağlı şəffaf məlumat təqdim olunmur. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən və İdman Akademiyasından sorğularımıza cavab verilib: Akademiyada təqaüd alma qaydaları hansı meyarlara əsasən müəyyən edilir? Cavab: Akademiyada tələbələrin təqaüd alma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi QAYDASI”nın müddəaları ilə müəyyən olunur: Əvvəllər 71+ ortalama ilə təqaüd verilirdisə, bu göstəricinin artırılması nəyə əsaslanır? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi QAYDASI”nın 2.5-ci bəndinə əsasən, təqaüd alacaq tələbələrin siyahısı artıq sabit orta göstəriciyə görə deyil, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun müəyyən edilir. Yəni, təqaüd yerləri məhdud sayda olduğu üçün tələbələr arasında reytinq prinsipi tətbiq olunur və yalnız ən yüksək nəticə göstərənlər təqaüd almaq hüququ qazanırlar. İdman Akademiyasından Qoşqar Cəfərova 3 sual ünvanlasaq da 3 cavab ala bilmədik. Verdikləri cavab dolayı və əsassız olduğuna görə, Elm və Təhsil Nazirliyi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə suallar ünvanladıq. Təqaüd siyasətinin yenidən nəzərdən keçirilməsi və tələbələrin narazılığının aradan qaldırılması planlaşdırılırmı? Nazirlik yaxın vaxtlarda İdman Akademiyasının təqaüd siyasətini yenidən nəzərdən keçirməyi planlaşdıracaqmı? Təqaüd vəsaitlərinin şəffaf bölüşdürülməsi və köçürülməsi mexanizmi necə həyata keçirilir? Bu prosesdə daxili audit və ya nəzarət tədbirləri varmı? Əvvəllər qüvvədə olan 71 bal meyarının qaldırılması barədə qərar nə vaxt və kim tərəfindən qəbul edilib? Cavab: Bildiririk ki, sorğunuzla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mətbuat xidmətinə müraciət etməyiniz məqsədəuğyundur. Sual: Universitetlərdəki qanunsuzluqlar barədə ölçü götürmək kimi səlahiyyətini yoxdurmu? Cavab: Məlumat üçün bildiririk ki, bütün TM-lərdə təqaüdlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun olaraq təyin edilir. Geri qayıt |