Əsas Səhifə > Güney Press > Mehdiyevin ailəsi ilə bağlı yeni gəlişmə: həbslər başlayır?
Mehdiyevin ailəsi ilə bağlı yeni gəlişmə: həbslər başlayır?Bu gün, 13:07 |
Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan xəbərlər bir sıra suallar doğurub. Xüsusilə də özü və ailə üzvlərinin əmlakları, onlara verilən mükafatların taleyi müzakirə yaradıb. Mehdiyevin barəsində aparılan hüquqi prosedurlar onun yaxınlarına da təsir göstərə bilərmi? Onların mülkiyyətinə və ya təltiflərinə hüquqi baxımdan hər hansı müdaxilə mümkündürmü? Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, hər kəs yalnız öz əməllərinə görə məsuliyyət daşıyır: “Ramiz Mehdiyevin həyat yoldaşı və digər qohumlarının barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, onların təltifləri ləğv oluna bilməz. Yalnız həmin şəxslərin də konkret cinayət əməllərində iştirakı sübuta yetirilərsə, digər məsələlər yenidən qiymətləndirilə bilər. Amma hazırda yalnız Ramiz Mehdiyevin məsuliyyətindən söhbət gedir, onun qohumlarının cəzalandırılması hüquqi əsas olmadan mümkün deyil”. Hüquqşünas bildirib ki, ittihamlar arasında iqtisadi xarakterli cinayətlər də yer alır: “Əgər sübut olunsa ki, hər hansı əmlak qanunsuz, cinayət yolu ilə əldə olunub və başqa şəxsin, o cümlədən qohumunun adına rəsmiləşdirilib, onun məhkəmə qərarı ilə müsadirə olunması mümkündür. Bu, yalnız qanunsuz yolla əldə olunmuş əmlaka şamil olunur və faktlarla təsdiqlənməlidir. Ramiz Mehdiyevin törətdiyi cinayətlərə görə onun ailə üzvləri və qohumları yalnız bir halda məsuliyyət daşıya bilərlər: onların da həmin cinayətlərdə iştirakı konkret sübut edilməlidir. Əks halda, həmin kəslərin hüquqları, o cümlədən təltifləri toxunulmaz qalır”. Geri qayıt |