Əsas Səhifə > Güney Press / Manşet > Bakının TARİXİ ABİDƏ OĞRUSU: Camaat onu belə görür...
Bakının TARİXİ ABİDƏ OĞRUSU: Camaat onu belə görür...17-10-2025, 12:30 |
|
"DİA-AZ" bildirir ki, bu dəfə isə Zülfəli müəllim xalq yaradıcılığının hədəfi olub. Evləri özbaşına olaraq sökülən sakinlər bu məmuru aşağıdakı kimi görür və belə ŞƏRH EDİR:
"Bu, Zülfəlidir. O, “Köhnə Bakı” ilə haqq-hesab çəkənlərin ən fəal nümayəndəsidir.
Onun adı öncə Qış Parkının, sonra isə Mərkəzi Parkın salınması üçün aparılan söküntü işlərindən məlumdur. Tarixi məhəllələrdən sakinlərin köçürülməsi, evlərin uçurulması onun rəhbərliyi ilə icra olunur.
Lazım gəlsə, söküntüyə etiraz edən vətəndaşa hücum da çəkir, onu təhqir də edir. Qorxusu yoxdur, çünki tapşırıq belədir, o da əminliklə sökməyə davam edir..."
Geri qayıt |