Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağdam təhsilində böyük pultoplama kampaniyasına start verilib
Ağdam təhsilində böyük pultoplama kampaniyasına start verilib22-05-2014, 11:06 |
![]() Ağdam rayonundakı orta məktəblərdə direktorlardan məcburi qaydada pul yığılır. TİA.AZ-a məlumat verən direktorlardan biri qeyd edib ki, tələb olunan məbləğ hər bir məktəb üçün 3000 manatdır. Açıqlama verən mənbənin sözlərinə görə, bu qədər pulu verməkdə əziyyət çəkən məktəb direktorları onlardan pul tələb edənlərə etirazlarını bildirirlər. В«Bu az məbləğ deyil. 3000 manatı tapıb vermək üçün biz də gərək şagirdlərdən pul alaq. Pul alacağımız təqdirdə Təhsil Nazirliyi bizi rüşvət almaqda ittiham edəcək. Həm də 3000 manatı uşaqlardan ala bilmərik. Onların da gücü çatmazВ». TİA.AZ- a daxil olan məlumatda o da bildirilir ki,həmin pulun kim tərəfindən yığılmasına gəlincə isə məbləğin Ağdam təhsil şöbəsinin müdiri tərəfindən istənildiyi deyilir. Məlumatda vurğulanır ki, Elmira Şükürovanın təkidli tələbləri əsasəndı yığılan pulların verilməsində yetərli problemlərin yaranacağı artıq istisna deyil. В«Biz Təhsil Nazirliyinə müraciət edərək bildiririk ki, yaxşı olardı ki, bizim problemlərlə maraqlansınlar. Bizi bu В«əjdahaВ»ların əlindən xilas eləsinlərВ». Xatırladaq ki, Ağdam rayonunda icra başçısı təyinatı yeni olub. Nizami Sadıqovun yerinə gətirilən Raquf Məmmədovun işə yeni çıxdığı və bir sıra yeniliklər etmək fikrində olduğu deyilir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Geri qayıt |